Türk xüsusi təyinatlıları Suriyaya girdi
Türkiyə xüsusi təyinatlıları Suriyada əməliyyatlara başlayıb.
Axar.az xəbər verir ki, İŞİD terror təşkilatının Kilis vilayətinə hücumları Türkiyəni hərəkətə keçirib. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akarın Kilis səfərindən sonra İŞİD hücumlarının qarşısını almaq üçün əməliyyat planı hazırlanıb.
Dünən axşam əməliyyatlara başlayan xüsusi təyinatlılar səhər saatlarında Türkiyəyə qayıdıb. 4 saatlıq əməliyyatın detalları gizli saxlanılır.
Mənbə:> Axar.az