Naziri döyüb öldürdülər
Fələstinli nazir döyülərək öldürülüb. ANS PRESS-in məlumatına görə, İordan çayının qərb sahilində İsrail əsgərləri ilə fələstinlilər arasında qarşıdurma olub. Toqquşmalarda fələstinli məskunlaşma naziri Ziad Əbu Ayn da yaralanıb.
İsrailli əsgərlərdən biri onun sinəsindən silahın qundağı ilə vurub. Zərbədən sonra nazir yerə yıxılıb. Onu dərhal xəstəxanaya aparsalarda həyatını xilas etmək mümkün olmayıb.
Əbu Ayn ürək xəstəsi olduğu üçün zərbənin təsirindən infarkt keçirib.
Qeyd edək ki, İordan çayının qərb sahilində fələstinlilərlə israillilər arasında toqquşmalar ötən gündən şiddətlənib. İsraillilər fələstinliləri heyvanlarını oğurlamaqda ittiham ediblər. Buna cavab olaraq isə Fələstin tərəfindən olanlar qarşı tərəfi daş atəşinə tutub, zeytun ağaclarını sındırıblar.
Nazirin ölümün dən sonra Fələstin muxtariyyətinin lideri Mahmud Abbas açıqlama verib. "Bu ölüm xoş qarşılanmayacaq barbarca bir hücumdur". O, nazirin ölümü ilə nəticələnən hadisənin araşdırılması üçün hər şeyi edəcəyini deyib.
Mənbə:> ANSPRESS