Sürücü öz avtobusunda asılmış vəziyyətdə tapıldı
Qüdsdə fələstinli sürücünün avtobusda boğazından asılı vəziyyətdə aşkarlanması Yaxın Şərqdə yenidən toqquşmalara yol açıb.
ANS PRESS-in məlumatına görə, 32 yaşlı avtobus sürücüsünün meyitinin müayinəsindən sonra İsrail hüquq mühafizə orqanları bunun bir intihar olduğunu bildirsə də, şahidlər fələstin xəbər agentliyinə sürücünün 6 yəhudi tərəfindən edam edildiyini iddia edib.
Sosial şəbəkələrdə bu barədə məlumatlar yayılmasından sonra, Qərb Sahilində İsrail polisi ilə qarşıdurmalar yaşanıb. Fələstinli etirazçılar polisi daş atəşinə tutub, onların üzərinə molotov kokteyllər atıb. İsrail polisinin məlumatına görə, onlarla fələstinli Əbu Dis rayonu yaxınlığında Qərb Sahilinin təhlükəsizlik səddinə yaxınlaşaraq, onu dağıtmağa çalışıb. Polis iğtişaş əleyhinə vasitələrlə etirazçıları dağıdıb.
Mənbə:> ANSPRESS