Rəsmi Moskva ABŞ və Gürcüstanın birgə təlimlərini təxribat adlandırıb » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi, Dünya

Rəsmi Moskva ABŞ və Gürcüstanın birgə təlimlərini təxribat adlandırıb

Rəsmi Moskva ABŞ və Gürcüstanın birgə təlimlərini təxribat adlandırıb


Rəsmi Moskva 11-26 may tarixlərində Gürcüstanda keçiriləcək “Noble Partner 2016” hərbi təlimlərini təxribat kimi qiymətləndirib.

AzNews.info-nun APA-ya istinadən məlumatına görə, bu barədə Rusiya XİN-in məlumatında deyilir.

“NATO hərbçilərinin müntəzəm olaraq Gürcüstan ərazisində peyda olması Cənubi Qafqaz regionunda hərbi-siyasi vəziyyəti şüurlu şəkildə laxlatmağa yönələn təxribatdır”, məlumatda vurğulanıb.

Qeyd edək ki, “Noble Partner” hərbi təlimləri Gürcüstanda ikinci dəfə keçirilir. Gürcüstan müdafiə nazirliyinin məlumatına əsasən, təlimlərdə 500 Gürcüstan, 650 ABŞ və 150 Böyük Britaniya hərbçisi iştirak edəcək. Təlimlərə ABŞ-ın C-130 tipli hərbi təyyarələri cəlb olunacaq.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *