NATO Avropanın cənubi-şərqində ordu yığıb » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi, Dünya

NATO Avropanın cənubi-şərqində ordu yığıb

NATO Avropanın cənubi-şərqində ordu yığıb


NATO-nun son on ildə ən iri təlimləri İtaliya, İspaniya və Portuqaliyada keçiriləcək.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, manevrlərdə 30-dan çox ölkədən olan 36 min əsgər iştirak edəcək, təlimlərə həmçinin 200 təyyarə və 50 hərbi gəmi cəlb edilib.

Trident Juncture-2015 Beynəlxalq hərbi təlimləri noyabrın 6-na qədər davam edəcək.

İştirakçılar arasında Ukrayna da var. NATO-nun Transformasiya üzrə baş komandanı general Jan-Pol Palomeros avqustun sonunda qarşıdan gələn təlimlərin Ukraynadakı böhranla və NATO-nun Moskva ilə münasibətlərinin kəskinləşməsi ilə əlaqədar olmadığını bildirmişdi, belə ki, bu təlimlər 2,5 il öncə planlaşdırılıb.

Təlimlərin birinci mərhələsi oktyabrın 16-na kimi davam edəcək və kompüter münaqişə vəziyyətlərinin modelləşdirilməsindən ibarət olacaq. Quru, hərbi təyyarələrin və gəmilərin iştirakı ilə keçiriləcək ikinci mərhələ oktyabrın 21-də başlayacaq.

Atlantik okeanda və Aralıq dənizində təlimlər çərçivəsində hərbi-dəniz manevrləri keçiriləcək.

Bütün təlimlərin ümumi koordinasiyası alyansın Neapoldakı bazasından həyata keçiriləcək, bununla yanaşı Sisiliyanın Trapani şəhərində hava əməliyyatlarının komanda mərkəzi yerləşəcək, İspaniyadan quru əməliyyatlarının, Portuqaliyadan isə dəniz manevrlərinin koordinasiyası həyata keçiriləcək.

Təlimlərin ssenarisində müasir döyüş fəaliyyətinin bütün sahələrinin cəlb edilməsi nəzərdə tutulub. Bura “hibrid müharibələr” şəraitində kiber-hücumlara qarşı müdafiə və təxribat tədbirləri də daxildir.

Sosial şəbəkələrdə iş də təlimlərin bir hissəsi olacaq: burada yalnız şərti düşmən ilə deyil, eləcə də “real opponentlər” ilə mübarizə aparılacaq.

NATO-nun Avropada miqyaslı təlimləri iyun-iyul aylarında keçirilmiş Allied Shield təlimləri olub. Vahid şifrə altında BALTOPS 2015, Saber Strike, Noble Jump və Trident Joust manevrlər seriyası birləşdirilmişdi.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *