Amerika “Abrams”ları Azərbaycanla sərhəddə » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət » Hərbi

Amerika “Abrams”ları Azərbaycanla sərhəddə

Amerika “Abrams”ları Azərbaycanla sərhəddə


Amerikanın “Abrams” tankları Gürcüstanda ABŞ ilə birgə keçirilən Noble Partner-2016 miqyaslı hərbi təlimlərə cəlb ediləcək. Təlimlər mayda Tbilisi yaxınlığında keçiriləcək.

Oxu.Az xəbər verir ki, bu barədə “Rustavi 2” teleşirkəti Gürcüstanın müdafiə naziri Tina Xidaşeliyə istinadən məlumat yayıb.

Məqsədi Gürcüstan və ABŞ hərbçiləri arasında əməkdaşlığın gücləndirilməsi olan miqyaslı Gürcüstan-Amerika “Layiqli tərəfdaş” (Nobel Partner-2015) hərbi təlimləri keçən ilin mayında keçirilib.

400 gürcü və 200-dən çox amerikalı hərbçinin cəlb edildiyi təlimlər Tbilisi yaxınlığında Vaziani hərbi bazasında keçirilmişdi.

Keçən ilki təlimlər üçün Gürcüstana Amerikanın ağır texnikası – 14 ədəd “Bredli” hərbi piyada maşını, lojistikanın təminatı üçün maşınlar, eləcə də təlim üçün ləvazimatlar gətirilmişdi.

2016-cı ilə planlaşdırılmış təlimlər üçün ABŞ-dan mexaniki və piyada bölüklərinin hərbçiləri gələcək.

Gürcü hərbçiləri Amerika tanklarını almazdan öncə ABŞ-ın digər növlü hərbi texnikasında təlimlər keçiblər.

Teleşirkətin məlumatına görə, gürcü tərəfi ABŞ-dan artıq 70 ton hərbi yük alıb və tanklardan başqa da əlavə yükün gətiriləcəyi gözlənilir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *