Naxçıvanda hərbi təlimlər başladı
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin təsdiq etdiyi Silahlı Qüvvələrin hazırlığı planına əsasən, oktyabrın 5-dən Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusu ilə komanda-qərargah təlimləri başlayıb.
Müdafiə nazirliyinin mətbuat xidmətindən verilən, sentyabrın 6-dan 13-dək keçirilmiş komanda qərargah hərbi oyunlarında icra edilən əməliyyat tapşırıqlarının davamı kimi nəzərdə tutulan bu təlimlərdə Silahlı Qüvvələrin bütün qoşun növlərinin döyüş fəaliyyətlərinin qərargahlar tərəfindən idarə olunması bacarıqları yoxlanılacaq.
Təlim tapşırıqlarının işlənib hazırlanması ilə yanaşı mürəkkəb əməliyyat şəraitində qoşunların idarə edilməsi, müxtəlif səviyyəli qərargahların uzlaşması, döyüş xidmətinin təşkili və aparılmasının yoxlanılması da nəzərdə tutulur.
Komanda-qərargah təlimləri oktyabrın 8-dək davam edəcəkdir.
Mənbə:> Olke.az