AMEA-nın Ümumi yığıncağı başladı » AzNews.info -Xəbər portalı

AMEA-nın Ümumi yığıncağı başladı – FOTO

AMEA-nın Ümumi yığıncağı başladı


AMEA-nın Əsas binasında akademiyanın Ümumi yığıncağı başlayıb.

AzNews.info-nun Report-a istinadən verdiyi məlumatına görə, tədbirdə Prezident Administrasiyasının (PA) rəhbəri akademik Ramiz Mehdiyev, PA-nın Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, baş nazirin müavini Elçin Əfəndiyev, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva, SOCAR-ın I vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə, təhsil naziri Mikayıl Cabbarov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, digər dövlət qurumlarının səlahiyyətli şəxsləri, AMEA-nın həqiqi və müxbir üzvləri, institut və təşkilatlarının direktorları iştirak ediblər.

Öncə tədbir iştirakçıları AMEA-nın institut və təşkilatlarının elmi nailiyyətlərini özündə əks etdirən sərgi ilə tanış olublar.

Yığıncağı giriş nitqi ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Sonra akademik “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”sının həyata keçirilməsi ilə bağlı Dövlət Proqramının icrası haqqında yekun hesabat məruzəsi ilə çıxış edib.

Çıxışdan sonra hesabat ətrafında müzakirələr aparılacaq.

Tədbirdə bundan başqa, AMEA-da bəzi struktur islahatları ilə bağlı məsələlər də müzakirə ediləcək, Nizami Gəncəvi adına Qızıl medalı və AMEA-nın adlı mükafatları sahiblərinə təqdim olunacaq.

AMEA-nın Ümumi yığıncağı başladı
AMEA-nın Ümumi yığıncağı başladı
AMEA-nın Ümumi yığıncağı başladı
AMEA-nın Ümumi yığıncağı başladı
AMEA-nın Ümumi yığıncağı başladı
AMEA-nın Ümumi yığıncağı başladı
AMEA-nın Ümumi yığıncağı başladı
AMEA-nın Ümumi yığıncağı başladı
AMEA-nın Ümumi yığıncağı başladı
AMEA-nın Ümumi yığıncağı başladı

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *