Prezident yanında Təhsil üzrə Komissiya ləğv edildi » AzNews.info -Xəbər portalı

Bölmə: Rəsmi, Sosial, Təhsil

Prezident yanında Təhsil üzrə Komissiya ləğv edildi

Prezident yanında Təhsil üzrə Komissiya ləğv edildi


Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya ləğv edilib.

Oxu.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, bununla bağlı bu gün Azərbaycan prezidenti İlham Əliyev - “Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 may tarixli 831 nömrəli Sərəncamının ləğv edilməsi barədə sərəncam imzalayıb.

Dövlət başçısının sərəncamları ilə “Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 fevral tarixli 1306 nömrəli və “Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın yeni tərkibinin təsdiq edilməsi haqqında” 24 may 2013-cü il tarixli sərəncamları da ləğv edilib.

Qeyd edək ki, Komissiyanın sonuncu tərkibi Azərbaycan prezidenti İlham Əliyevin 24 may 2013-cü il tarixli sərəncamı ilə təsdiqlənib.

Həmin sərəncama əsasən, Komissiyanın sədri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Komissiyanın üzvləri isə Baş nazirin müavini Elçin Əfəndiyev, AMEA prezidenti Akif Əlizadə, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, təhsil naziri Mikayıl Cabbarov, ədliyyə naziri Fikrət Məmmədov, iqtisadiyyat naziri Şahin Mustafayev, maliyyə naziri Samir Şərifov, gənclər və idman naziri Azad Rəhimov, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə olub.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *