“Təhsilinin inkişafı üzrə Milli Strategiya haqqında” sərəncam ləğv edildi
Azərbaycan prezidenti İlham Əliyev “2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya”nın hazırlanması haqqında” 2011-ci il 11 iyul tarixli 1624 nömrəli sərəncamının ləğv edilməsi barədə sərəncam imzalayıb.
Oxu.Az-ın məlumatına görə, sərəncamda deyilir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq edilməsi haqqında” 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamına uyğun olaraq “2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya”nın hazırlanması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 11 iyul tarixli 1624 nömrəli Sərəncamı ləğv edilsin.
Mənbə:> Oxu.Az