“Azərbaycan Respublikasının fövqəladə hallar atlası” nəşr olunacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

“Azərbaycan Respublikasının fövqəladə hallar atlası” nəşr olunacaq

“Azərbaycan Respublikasının fövqəladə hallar atlası” nəşr olunacaq


Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının fövqəladə hallar atlası”nın nəşri haqqında sərəncam imzalayıb.

Oxu.Az-ın dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncama əsasən, “Azərbaycan Respublikasının fövqəladə hallar atlası” nəşr olunacaq.

“Azərbaycan Respublikasının fövqəladə hallar atlası”nın redaksiya heyəti aşağıdakı tərkibidə təsdiq edilib:

Redaksiya heyətinin sədri

Abid Şərifov - Azərbaycan Respublikası Baş nazirinin müavini.

Redaksiya heyəti sədrinin müavinləri:

Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Akif Əlizadə - Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

Məsul katib

Ramiz Məmmədov - Azərbaycan Milli Elmlər Akademiyasının akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru

Redaksiya heyətinin üzvləri:

Şahin Mustafayev - Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Natiq Əliyev - Azərbaycan Respublikasının energetika naziri
Oqtay Şirəliyev - Azərbaycan Respublikasının səhiyyə naziri
Ramin Quluzadə - Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri
Ziya Məmmədov - Azərbaycan Respublikasının nəqliyyat naziri
Heydər Əsədov - Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri
Hüseynqulu Bağırov - Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
Əbülfəs Qarayev - Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
Mikayıl Cabbarov - Azərbaycan Respublikasının təhsil naziri
Kərəm Həsənov - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri
Tahir Budaqov - Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri
Faiq Tağı-zadə - Azərbaycan Respublikasının fövqəladə hallar nazirinin müavini
Rövnəq Abdullayev - Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin prezidenti
İlyas Əlizadə - Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının Ekologiya şöbəsinin müdiri
İbrahim Quliyev - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
Qurban Yetirmişli - Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru
Ulduz Həşimova - Azərbaycan Milli Elmlər Akademiyasının akademik A.Qarayev adına Fiziologiya İnstitutunun direktoru
İlham Ələkbərov - Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun direktoru
Validə Əlizadə - Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunun direktoru
Elmira Ramazanova - Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya Elmi-Tədqiqat İnstitutunun direktoru

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *