"Müharibə qərarı veriləcəyi halda yaşı 52-yə qədər olan kişilərimizin sayı 1,5 milyondur"
“Erməni tərəfi cəbhə xəttinə ABŞ-ın texnologiyası olan xüsusi kameraların yerləşdirilməsini istəyir”
Ermənistan prezidenti Serj Sarkisyanın danışıqlardan imtina etməsi, ardınca bu gecə ön cəbhədə insidentin güclənməsi cəmiyyətdə yenidən müharibə abu-havası yaradıb. Aprel ayının əvvəllərində baş verən döyüşlərdə olduğu kimi insanlarımız yenidən səfərbərlik, müharibə əzmindədir.
Bəs görəsən Sarkisyanın danışıqalrdan imtina etməsinin arxasında əslində hansı maraqlar dayanır? Bəzi ekspertlərin qeyd etdiyi kimi bu günlərdə müharibə yenidən başlaya bilərmi?Müharibə başlayacağı təqdirdə ölkə başçısının milli səfərbərlik üçün müxalitfət liderləri ilə bir masa ətrafında oturması mümkündürmü?
Moderator.az-ın bu və ya digər suallarına millət vəkili Zahid Oruc aydınlıq gətirib.
Z.Oruc qeyd edib ki, aprel ayını əvvəllərində baş vermiş döyüşlər zamanı insanların birlik nümayiş etdirməsi əslində çox böyük iş idi: “Müharibədəki qələbəmiz cəmiyyətdəki səfərbərlik, birlik, hər kəsin bunu haqq işi kimi dərk etməsi, otada olan siyasi, sosial və s. kimi fikir ayrılıqlarını kənara qoyulmasından keçir. Biz 1990-cı illərdə həm elitamızın patçalanmasına, idarəçilkdəki səriştəzizliklərə, müxtəlif qüvvələr arasındakı konfrantasiyaya görə uduzmuşduq. Eyni zamanda iqtisadi cəhətdən zəif bir ölkəni müxtəlif cəbhələrdən həmlə edərək iflasa uğratmışdılar. Bu mənada bizim siyasi birliyimiz hərbi qüvvələrimizin eyni kəskinliklə erməni tərəfinə zərbə vurmağına çox kömək edir. Dödgünlük müharibədə Azərbaycan xalqı vahid bir qüvvə kimi ordunun yanındaydı, əsgərlərimizlə birgə hərəkət edirdi, hadisələri izləyən insanlarımız vətən naminə ayağa qalxmışdı. Bir çoxları bunun səbəblərini birinci savaşdan qalan kompleksləri dağıtmaq, milli düşüncədəki travmanı aradan qaldırmaq, məğlubiyyət kompleksindən çıxmaq və s. üçün dəyərləndirirlər. Burada hər bir fikrin həqiqət payı var, ancaq yekun nəticə ondan ibarətdir ki, dördgünlük müharibədə bütün xalqın özünü əsgər kimi aparması qazandığımız uğurlarda mühüm rol oynayır”.
Mənbə:> Moderator.az