Nalbandyan: Ermənistan və Rusiya yalnız sözdə müttəfiq deyillər » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Nalbandyan: Ermənistan və Rusiya yalnız sözdə müttəfiq deyillər

Nalbandyan: Ermənistan və Rusiya yalnız sözdə müttəfiq deyillər


Ermənistan və Rusiya yalnız sözdə müttəfiq deyil, bununla yanaşı hüquq-müqavilə əsasları da mövcuddur.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN rəhbəri Edvard Nalbandyan ölkənin İctimai televiziyasına dünən verdiyi müsahibəsində bəyan edib.

“Cəmiyyətdə silah satışı qızğın müzakirələrin mövzusuna çevrilib. Bunun bir biznes olması fikri də var... Əslində erməni-Rusiya münasibətləri biznesə dayanmır. Ermənistan və Rusiya yalnız sözdə müttəfiq deyil, bununla yanaşı, hüquq-müqavilə əsasları da mövcuddur. Bu, o cümlədən Azərbaycan üçün də sirr deyil”, - Nalbandyan bildirib.

Moskvanın son günlərdə bəyanatlarında Rusiyanı Ermənistan ilə münasibətlərini Azərbaycan ilə münasibətləri ilə eyni tutmasına dair suala cavab verərkən nazir deyib ki, “Rusiya bazası Azərbaycanda yerləşmir, KTMT-nin üzvü Azərbaycan deyil... Rusiyanın müdafiə və hərbi-sənaye sahələrində onlarla sazişi Azərbaycan ilə deyil, Ermənistan ilədir”.

Daha öncə Rusiya baş nazirinin müavini Dmitri Roqozin Rusiyanın həm İrəvana, həm də Bakıya silah sataraq maraqların tarazlığına riayət etdiyini bildirmişdi. Bununla yanaşı o, Rusiyanın bu ölkələrdən birinə silah satmağı dayandırdığı halda, onun yerinin ABŞ-ın və ya digər ölkənin tutacağını da vurğulamışdı.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *