“Gallup”: Azərbaycanlılar Ermənistanı ən böyük təhlükə hesab edirlər » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

“Gallup”: Azərbaycanlılar Ermənistanı ən böyük təhlükə hesab edirlər

“Gallup”: Azərbaycanlılar Ermənistanı ən böyük təhlükə hesab edirlər


Amerikanın “Gallup” sosioloji xidmətinin apardığı sorğunun nəticələrinə görə, sorğuda iştirak edən Azərbaycan sakinlərinin 64%-i ölkənin təhlükəsizliyi üçün əsas təhdid olaraq Ermənistanı görür.

Oxu.Az xəbər verir ki, 2015-ci ilin yayında 1000 Azərbaycan vətəndaşı arasında aparılan sorğunun nəticələrinə əsaslanan məlumatlar aprelin 4-də dərc edilib.

Bununla yanaşı, Ermənistanda sorğuda iştirak edənlərin 60%-i öz növbəsində Azərbaycanı bir nömrəli təhdid hesab edir.

Ermənistan və Azərbaycan arasında qarşılıqlı düşmənçilik səviyyəsi Şərqi Avropada yalnız Kosovo albanları ilə müqayisə edilə bilər. Belə ki, onların 64%-i Serbiyanı ən böyük təhdid olaraq görürlər. Bununla yanaşı, eyni sayda rusiyalı bir nömərli təhdid kimi ABŞ-ı nəzərdə tuturlar.

Ukrayna sakinlərinin 52%-i, Gürcüstanın 48%-i və Moldovanın 16%-i Rusiyanı təhlükəsizlik üçün əsas təhdid hesab edirlər. Sorğuda iştirak edən rusiyalıların 64%-i, belarusların 44%-i, qazaxların 36%-i və qırğızların 33%-i ABŞ-ı milli təhlükəsizlikləri üçün əsas təhdid hesab edirlər.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *