Azərbaycan üçün əsas təhdid hansı ölkədir? – Sorğu
Mərkəzi və Şərqi Avropa, eləcə də MDB ölkələrinin bir hissəsi Rusiyanı özlərinə qarşı əsas təhlükə hesab edirlər.
Axar.az xəbər verir ki, bu nəticə “Qallup” təşkilatının keçirdiyi sorğudan sonra əldə olunub. Hazırda polyakların 69%-i, estonların 58%-i, rumınların 57%-i, litvalıların 46%-i, latışların 42%-i, slovakların 17%-i, çexlərin 15%-i, macarların 14%-i Rusiyanı öz milli təhlükəsizliklərinə əsas hədə sayırlar.
Yunanlar əsas təhlükə kimi Almaniyanı görürlər. Yunanlardan fərqli olaraq, xorvatlar hələ də Serbiyanı əsas təhdid hesab edirlər.
MDB-də isə Rusiyanı əsas təhdid kimi görənlər siyahısında Ukrayna (52%), Gürcüstan (48%) və Moldova (16%) ilk üçlükdə yer alır.
Rusiyanın dostları hesab edilən beloruslar, qazaxlar, qırğızlar isə əsas təhdid kimi ABŞ-ı görürlər.
Azərbaycan və Ermənistanda vəziyyət tam fərqlidir. Azərbaycanlıların 64% Ermənistanı, ermənilərin 60%-i Azərbaycanı özlərinə əsas təhdid hesab edirlər.
Mənbə:> Axar.az