Peterburqun mərkəzində Putinə istefa çağırışı – FOTO
Rusiyanın müxalif “Yaz” təşkilatı Sankt-Peterburq şəhərinin mərkəzində hakimiyyətə qarşı etiraz aksiyası keçirib.
Avropa.info xəbər verir ki, aksiya iştirakçıları prezident Vladimir Putinin istefasını tələb ediblər. İstefa tələbi Panamada ofşor hesablarının üzə çıxması ilə bağlı olub.
Aksiya zamanı “Günün sözü: İstefa”, “Təcili violonçel dərsi almaq istəyirəm”, "Putinsiz Rusiya” şuralı plakatlardan istifadə olunub. Digər aksiya iştirakçıları “Putinə vaxt lazım deyil, onun həbsi lazımdır” şüarlı yazılmış maykalarla gəliblər.
Etiraz zamanı müxalifət tərəfdarları hakimiyyət yönlü “Xalq azadlığı hərəkatı”nın onlarla üzvü ilə də toqquşublar. Hakimiyyət tərəfdarı gənclər onları “milli satqın”, “Rədd olun Vaşinqtona!” şüarları ilə qarşılayıblar. Onlardan biri müxaif gənclər hərəkatının lideri Nikolay Artemenkonun üzünə kəskin qoxulu maye atıb. Həmin şəxs polis tərəfindən saxlanılıb.
Xatırladaq ki, Tədqiqatçı Jurnalistlərin Beynəlxalq İttifaqı Panama hüquq şirkəti “Mossack Fonseca”nın ofşor hesablarla bağlı məxfi sənədlərini çap etmişdi. Sənədlərdə Putinə yazın adamların və onlarla dünya lideri və siyasətçinin adı çıxmışdı.
Mənbə:> Avropa.info