Putinə yeni zərbə hazırlığı
Martın 1-də Rusiyanın Sankt-Peterburq şəhərində böhran əleyhinə ümumrusiya yürüşü keçiriləcək.
ANS PRESS-in məlumatına görə, bu haqda RPR-PARNAS partiyası şəhər şöbəsinin rəhbəri Andrey Pivovarov özünün Tvitter hesabında yazıb.
Şəhər rəhbərliyi bundan əvvəl bu tarixlə razılaşmırdı.
Moskvada isə bu yürüşün şəhərin mərkəzində keçirilməsinə icazə verilməyib.
Sonda yürüşün Marino rayonunda keçirilməsi barədə razılıq əldə olunub.
Yürüşdə 100 minə yaxın insanın iştirak edəcəyi bildirilir.
Mənbə:> ANSPRESS