Putinə etiraz edən lüt qadını qana buladılar – FOTO
Qeyri-adi etirazları ilə tanınan, ukranyalı qadın hüquqları təşkilatı “Femen” yeni bir etiraz aksiyası keçirib.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, dünən təşkilat öz ölkəsində Rusiya tərəfdarı olmaqda günahlandırılan “Ukranya Ortodoks” kilsəsinə etiraz edib. Paytaxt Kiyevdə yerləşən “Perchersk Lavra Monatrı”nın qarşısında reallaşan aksiyada çılpaq bədəninə “Putini dayandırın”yazan qadına nümayişçi dostları “ukranyalıların qanı” yazılan vedrədən qan töküblər.
“Femen” Moskvadakı dini qurumla bağlı kilsəni siyasi böhran və qarşıdurmaların yaşandığı ölkədə rus tərəfdarı, separatçı xadimlərə dəstək verməkdə günahlandırır.
Mənbə:> Qafqazinfo.Az