"Putin nəyin bahasına olursa-olsun..."
Rusiya qoşunlarının Suriyadan çıxarılmasından söhbət gedə bilməz. Rusiya Prezidenti Vladimir Putin Suriya müharibəsində Qərbi aldadır.
Publika.az xəbər verir ki, bu barədə “Huffington Post” nəşri yazıb.
Nəşr Amerika hərbi mənbələrinə istinad edərək bildirir ki, indiyə qədər Rusiya Hərbi Hava Qüvvələrinin yalnız 20 faizi Suriyadan aparılıb. Məlumata görə, böyük hərəkət radiuslu qırıcılar döyüş hazırlığı vəziyyətindədir və istənilən vaxt Suriyaya qayıda bilər.
Hərbi mənbələrə əsasən, Amerika hərbçiləri Suriyada Rusiya Hərbi Hava Qüvvələrinin yerləşdiyi “Xmeymim” bazasının genişlənməsini müşahidə edirlər.
"Latakiyada yeni Rusiya silahlarının mövcudluğunun əlamətləri var. Moskva bazanı yeni hücumlar üçün hazırlayır. Putin nəyin bahasına olursa-olsun, Əsəd rejimini dəstəkləmək istəyir. Moskva fevral ayının sonunda elan edilən atəşkəs rejimindən istifadə edir”, - “Huffington Post” bildirib.
Mənbə:> Publika.az