Rusiya Suriyaya qoşun yığır » AzNews.info -Xəbər portalı

Bölmə: Hərbi, Dünya

Rusiya Suriyaya qoşun yığır

Rusiya Suriyaya qoşun yığır


Rusiya Suriyada ikinci hərbi bazasını qurur. ANS PRESS-in məlumatına görə, baza Homs şəhəri yaxınlığında qurulacaq. "Times" "Əl Şayrat" avia bazasının Rusiyanın istifadəsinə verildiyini yazıb. ""Əl Şayrat" onsuzda Rusiya hücum helikopterlərinin eniş etdiyi bir yerdir. Ancaq bir ay öncə bura yeni heyət gəlib. Hərbi heyət bazanı daha böyütmək üçün hazırlıqlara başlayıb".

Qəzetə məlumat verən mənbələr hazırda bazada 50-60 rus hərbçisi olduğunu deyiblər. Onlar üçün qalacaq yerlər düzəldilib. Amma bəziləri bazaya yaxın olan Homs şəhərində qalırlar. "Əldə etdiyimiz məlumata görə, orada 10-15 Rusiya helikopteri var".

Xəbərdə qeyd edilir ki, bazaya təyyarələr ilə yanaşı aralarında xüsusi təyinatlıların da olduğu 1000 hərbçi göndəriləcək.
Əl Şayrat bazasında ümumilikdə 45 təyyarə anqarı var. Onlar bombardımanlara qarşı dayanıqlıdırlar.

Rusiyanın Suriyada ən strateji nöqtəsi hazırda “Hmeymim” aviabazasıdır.

Rusiyanın Suriya ərazisində fəallaşması noyabrın 24-də Türkiyənin "Su-24" hərbi təyyarəsini vurmasından sonra başlayıb. Rusiya adıçəkilən bazasına ən güclü silahlarından hesab edilən S-400 raket kompleksini göndərib.

Türkiyə hava məkanını pozan təyyarəni vurduqdan sonra hava gəmisi Türkmən dağına düşüb. Təyyarədə olan pilotlardan biri ölüb.

Bu hadisədən sonra Rusiya ilə Türkiyə arasında münasibətlər gərginləşib. Hər iki ölkə əhalilərinə xəbərdarlıq edərək adıçəkilən ölkələrə səfərdən çəkinməyi məsləhət görüb. Vladimir Putin bunu arxadan vurulan zərbə adlandırıb və üzr tələb edib. Türkiyə isə hava məkanını qoruduğunu deyir və heç bir halda üzr istənməyəcəyini bildirir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *