"Münaqişənin ortasında Putin deyil, Obama qalıb" » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial, Dünya

"Münaqişənin ortasında Putin deyil, Obama qalıb"

"Münaqişənin ortasında Putin deyil, Obama qalıb"


The Washington Post qəzeti yazır ki, Rusiyanın Suriyada olan qoşunlarının əsas hissəsinin çıxarılması rəsmi Moskvanın münaqişəni kənardan seyr etməsilə nəticələnib.

Mənbənin fikrincə, Rusiya prezidenti Vladimir Putinin addımı ABŞ-ı şoka salıb. Hələ ötən ilin sentyabrında ABŞ prezidenti Barak Obama demişdi ki. Suriyanın hərbi kampaniyası Moskvanı bu münaqişənin ortasında qalmağı məcbur edəcək. Ancaq görünür ki, o münaqişənin ortasında Putin deyil, Obama qalıb.

Qəzet bildirir ki, Putin bu münaqişənin həll edilməsində çox iş görüb. Birincisi, Suriyada vətəndaş müharibəsinin qarşısını alıb. İkincisi, Putin Rusiyanın Yaxın Şərqdə böyük mövqeyini geri qaytarıb.

İndi rəsmi Vaşinqton Susiya münaqişəsinin sülh yolu çözülməsində Moskva ilə hesablaşmağa məcburdur. Həmçinin Obama Suriya prezidenti Bəşər Əsədin prezidentlik postundan getməsi iddiasından əl çəkməlidir.

The Washington Post qəzetinin fikrincə, Moskva beynəlxalq sanksiyaların qarşısında duruş gətirə bilib. İndi isə o, Avropa Birliyi tərəfindən tətbiq edilən sanksiyaların yumşaldılmasına çalışır.

Xatırladaq ki, Rusiya qoşunlarının əsas hissəsinin Suriyadan çıxarılması haqda qərar Putin tərəindən mart ayının 15-də verilib.

Mənbə: Xeber365.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *