İran nəyin bahasına olursa olsun neft hasilatını artıracaq » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

İran nəyin bahasına olursa olsun neft hasilatını artıracaq

İran nəyin bahasına olursa olsun neft hasilatını artıracaq


İranın neft naziri Bijan Namdar Zanqane Tehranın nəyin bahasına olursa olsun neftin hasilatını artırmaq niyyətində olduğunu bəyan edib, Bloomberg bildirib.

Zanqanenin sözlərinə görə, ölkənin başqa çıxış yolu yoxdur, belə ki, əgər İran neft hasilatını artırmazsa, o, bazarda öz payını itirəcək.

Neft naziri həmçinin qeyd edib ki, İran OPEK-in təcili iclasının keçirilməsini dəstəkləyir.

Onun fikrincə, görüş neft bazarında ucuzlaşmanın qarşısını almaq məsələsinin həllinə vasitəçi ola bilər.

Dünya bankının iyul proqnozuna əsasən, İranın üzərindən Tehranın nüvə siyasətinə görə qoyulmuş sanksiyaların götürülməsi nəticəsində dünya bazarına neft axınını sutkada təxminən bir milyon barelə qədər artıracaq.

Bu isə öz növbəsində 2016-cı il üçün proqnozlaşdırılmış neftin qiymətini bir barel üçün 66 dollardan 56 dollara düşürəcək.

Bununla yanaşı neftin qiyməti artıq indi ucuzlaşmağa davam edir və avqustun 24-də Brent markalı neftin qiyməti psixoloji mühüm səviyyədən - 45 dollardan aşağı düşüb.

Mütəxəssislərin fikrincə, buna Çində birja indekslərinin enməsi səbəb olub. Çin hökumətinin təqaüd fondunun vəsaiti səhmlərinə investisiya yatırmağa icazə vermələrinə baxmayaraq Şanxay birja fondu indeksinin doqquz faizə yaxınını itirib.

Bundan başqa, qara qızılın qiymətinə təsir edən amillər sırasında, ABŞ-da neft hasilatı üçün daha iki buruq qurğusunun açılmasını da göstərirlər.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *