Hollandiya daha bir terrorçunu həbs etdi
Hollandiya polisi mart ayının 27-də Fransa hakimiyyətinin xahişi ilə 32 yaşlı Fransa vətəndaşını həbs edib.
Axar.az xəbər verir ki, bu haqda məlumatı Amsterdam Prokurorluğu yayıb.
Verilən məlumata görə, terror aktlarını təşkil etməkdə şübhəli bilinən şəxs Rotterdam limanında saxlanılıb.
Fransalı şübhəli ilə iki Əlcəzair vətəndaşı da həbs olunub.
Mənbə:> Axar.az