Türkiyə 12 misirlini həbs etdi
Türkiyə polisi Adana şəhərində Suriya ilə sərhədi keçməyi planlaşdıran 12 Misir vətəndaşını həbs edib.
Axar.az Today's Zaman-a istinadən xəbər verir ki, misirli şəxslər Suriyaya keçərək İŞİD-ə qoşulmağı planlaşdırırmış.
Verilən məlumata görə, saxlanılanlar yaxın qohumlardır. Onların arasında üç azyaşlı uşaq da var.
Hazırda Misir vətəndaşlarının vətəninə ekstradisiyası haqda danışıqlar aparır.
Mənbə:> Axar.az