Sisidən qalmaqallı Türkiyə qərarı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Sisidən qalmaqallı Türkiyə qərarı

Sisidən qalmaqallı Türkiyə qərarı


Misir hökuməti yaşları 18 ilə 40 arasında olan qadın vətəndaşlarının Türkiyəyə səfər etməsini məhdudlaşdırıb.

ANS PRESS-in məlumatına görə, Misir hökumət rəsmilərindən biri 72 saat davam edən araşdırma nəticəsində verilən xüsusi buraxılışla Türkiyəyə səfər edilməsinə izn verildiyini açıqlayıb.

Qadağaya, misirlilərin Türkiyə yoluyla Suriyaya keçərək “cihadçı”lara qoşulmaqları səbəb göstərilib.

Qahirə hava limanının əməkdaşları isə qərarın cüməaxşamı günü qüvvəyə mindiyini açıqlayıblar.

Eyni məhdudiyyət 2014-cü ilin dekabr ayında 18-40 yaş arasında olan kişilər üçün qoyulmuşdu. Kişilərin də ölkədən çıxması ancaq təhlükəsizlik qüvvələrinin verdiyi xüsusi buraxılış sənədi ilə mümkündür.

Xatırladaq ki, general Əbdülfəttah Sisinin hərbi dövlət çevrilişi yoluyla hakimiyyəti ələ keçirməsindən sonra Türkiyə ilə Misir arasında siyasi gərginlik başlayıb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *