Misir hökuməti məcbur qaldı
Bir müddət əvvəl Misirin Sinay yarımadasında təhlükəsizlik qüvvələrinin hücumlara məruz qalması ölkə rəhbərliyini ekstrimizmə qarşı qəti tədbirləri görməyə vadar edib.
ANS PRESS-in məlumatına görə, Əl-Əriş şəhərində hərbi baza və otellərə edilən hücumlar zamanı azı 26 nəfər öldürülmüşdü.
Hökumət vəziyyətlə əlaqədar yarımadaya giriş-çıxış qaydalarını sərtləşdirib. Təhlükəsizlik qüvvələri yarımadaya daxil olan avtomobil sürücülərinin sənədlərini yoxlamamış heç kimi içəri yarımadaya buraxmırlar.
Ölkə prezidenti Əbdəl Fəttah əl-Sisi televiziya ilə müraciətində xalqı dini zəmində ekstrimizmə qarşı mübarizəyə çağırıb. Əl-Sisi hücumların arxasında kimlərin durmasından xəbərdar olduğunu da qeyd edib.
Əbdəl Fəttah əl-Sisi: “Sizin kim olduğunuzu bilirik, hücumlara görə cavab verəcəksiz, qanımız bahasına olsa belə, bu münaqişədə qalib biz olacağıq. Sinayı heç kim verməyəcəyik. Sinay misirlilərə məxsusdur”
Əl-Sisi hücumlara görə Müsəlman Qardaşlığı tərəfdarlarını təqsirləndirib.
Mənbə:> ANSPRESS