Türkiyədə rusiyalı İŞİD-çilər həbs olundu
Dünən Türkiyənin Adana vilayətində İŞİD-lə əlaqəli üç nəfər həbs olunub.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, şübhəli şəxslər Rusiya vətəndaşlarıdır.
“İŞİD-ə qoşulduqları ehtimal olunan üç xarici vətəndaş Adana vilayətinin polisi tərəfindən Yumurtalık rayonunda həbs olunublar”, - Baş Qərargahın məlumatında deyilir.
Hazırda şübhəli şəxslərin dindirilməsi davam edir.
Mənbə:> Oxu.Az