Məktəbli qızı zorlayanlar həbs edildi
Türkiyədə azyaşlı qıza təcavüz edən məktəbli uşaqları həbs olunub.
ANS PRESS-in məlumatına görə, Bursada 9 nəfər oğlan 14 yaşında orta məktəb şagirdi qızı cinsi istismar ediblər. Qıza təcavüz edən 9 uşaqdan 7-nin yaşı 15-dən aşağı olub.
Faktla bağlı cinayət işi qaldırılıb və istintaq aparılıb. İlkin mərhələdə şübhəli sayılan 17 nəfər saxlanılıb.
Uşaq şöbəsinə gətirilən məktəbli qız oğlanlardan bəziləri ilə öz istəyi ilə münasibətdə olub. Ancaq bir neçə oğlan əllərində olan video görüntülərlə qızı təhdid edib. Polis kiçik qızla əlaqə əsnasında çəkilən kamera görüntülərini ələ keçirdikdən sonra şübhəliləri "Uşağa cinsi istismar" və "Təhdid" iddiaları ilə ədliyyəyə göndərib.
Gecə saatlarına qədər davam edən sorğu-sual nəticəsində şübhəlilərdən 7-i şagird olmaqla 9 uşaq həbs olunub, 8 şübhəli isə sərbəst buraxılıb. Həbs olunan uşaqlar Bursa həbsxanasına aparılıb. Məktəbli qız isə ailəsinə təhvil verilib.
Mənbə:> ANSPRESS