Donetskdə iki məktəbli öldürüldü » AzNews.info -Xəbər portalı

Bölmə: Hərbi, Dünya

Donetskdə iki məktəbli öldürüldü

Donetskdə iki məktəbli öldürüldü


Ukraynanın Donetsk şəhərində iki məktəbli öldürülüb. ANS PRESS-in məlumatına görə, məktəblilər üsyançıların hava limanına hücum zamanı atışmasının qurbanı olublar. Atışma zamanı artilleriya mərmisi məktəbin ərazisinə düşüb. Mərmi meydançaya düşdükdən sonra partlayıb.

Nəticədə məktəbin həyətində futbol oynayan iki yeniyetmə ölüb və 4 nəfər xəsarət alıb. Xəsarət alan yeniyetmələr xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər.

Donetskdə çərşənbə axşamından bəri davam edən qarşılıqlı həmlələrdə ən azı bir adamın öldüyü və bir neçə nəfərin yaralandığı xəbər verilir.

Qeyd edək ki, sentyabrın 5-də əldə olunmuş atəşkəs razılaşmasından sonra yüzlərlə adam öldürülüb. Ötən ay strateji əhəmiyyətə malik Donetsk aeroportuna nəzarət uğrunda üsyançılarla Ukrayna qüvvələri arasında şiddətli döyüşlər aparılıb.

ATƏT təşkilatının müşahidə missiyası atəşkəs rejiminin hər iki tərəfdən pozulması hallarının davam etdirildiyini bildirir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *