Ərdoğan Əliyevi belə yola saldı – VİDEO+FOTO
Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, Türkiyənin media orqanları həmin ölkənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın azərbaycanlı həmkarına böyük jesti barədə yazırlar.
Belə ki, Ərdoğan hava limanına qədər gələrək İlham Əliyevi yola salıb. Təyyarə havaya qalxana kimi ölkə başçısı gözləyib və daha sonra terminalı tərk edib.
Bundan başqa, hər iki prezident hava limanına eyni maşında gəliblər. Ərdoğan Əliyevlə birgə təyyarəyə qalxıb, uçuş vaxtında isə oranı tərk edərək prezidentlə sağollaşıb.
Xatırladaq ki, Ərdoğan bu gün Bakıya gəlməli idi. Amma 2 gün öncə Türkiyədə baş verən qanlı terror aktından sonra bu səfər təxirə salındı. Bundan sonra İlham Əliyev qonşu ölkəyə səfər etməyi qərara aldı.
Mənbə:> Qafqazinfo.az