Ərdoğan Azərbaycana yola düşdü
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan I Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana yola düşdü. ANS PRESS-in məlumatına görə, bu barədə R. T. Ərdoğanın administrativ twitter səhifəsində məlumat yayılıb:
“08.00 (Bakı vaxtıyla 10.00) Azərbaycana hərəkət”.
Bundan başqa Türkiyə prezidentinin sosial şəbəkədəki səhifəsində Ərdoğanın Türkmənistan prezidenti Qurbanqulu Berdimuhammədovla birlikdə Azərbaycan prezidenti İlham Əliyevin qonaq ölkə başçılarının şərəfinə verəcəyi ziyafətdə iştirak edəcəyi bildirilib.
Mənbə:> ANSPRESS