Ərdoğan Əliyevə zəng edib Bakı səfərini təxirə saldı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərini təxirə salıb.
“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, prezident Ankarada baş vermiş partlayışa görə sabah Bakıya rəsmi səfərə gəlməyəcək.
O, Prezident İlham Əliyevlə əlaqə saxlayaraq görüşün başqa bir vaxta təyin olunmasını xahiş edib.
Məlumat üçün bildirək ki, Ərdoğan sabah Gəncəyə səfər etməli idi. Lakin görüş yeri Gəncədə güclü duman olması səbəbindən Bakıya dəyişdirilib. Dumandan dolayı Türkiyədən Bakıya gələn heyətin bir qismi Naxçıvan hava limanına enib.
Ərdoğanın Gəncədə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasında iştirakı gözlənilirdi.
Qeyd edək ki, Ankarada hərbi maşınların partlaması nəticəsində 24 nəfər ölüb, 61 nəfər yaralanıb.
Mənbə:> Qafqazinfo.az