Ərdoğan Türkmənistana səfərə hazırlaşır
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 11-12 dekabr tarixlərində Türkmənistana rəsmi səfərə yola düşəcək.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidentinin administrasiyasının bəyanatında deyilir.
Bu, Türkiyənin Ədalət və inkişaf partiyasının qələbə qazandığı Parlament seçkilərindən sonra Ərdoğanın səfər etdiyi ikinci ölkədir. Seçkilərdən sonra Ərdoğanın səfər etdiyi ilk ölkə Azərbaycan olmuşdu.
Daha öncə Ankarada törədilən terror aktı ilə əlaqədar Ərdoğan oktyabrın 12-nə Türkmənistana nəzərdə tutulan səfərini ləğv etmişdi.
Mənbə:> Oxu.Az