Ərdoğan gəlmir - İlham Əliyev təcili Ankaraya gedir
Türkiyə prezidenti Rəccəb Tayyib Ərdoğan Bakı səfərini növbəti dəfə təxirə salıb.
“Qafqazinfo”ya daxil olan məlumata görə, bununla bağlı olaraq Azərbaycan prezidenti İlham Əliyev sabah Ankaraya gedəcək. Bu təklifin Azərbaycan dövlət başçısı tərəfindən irəli sürüldüyü və Ərdoğanın bu jestə görə təşəkkür etdiyi də bildirilir.
İlham Əliyevin sədrliyi ilə keçiriləcək Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısının da məhz Türkiyə paytaxtında baş tutacağı planlaşdırılır.
Qeyd edək ki, səfər dünən Ankarada baş verən dəhşətli terror aktına görə təxirə salınıb. Faciə zamanı 37 nəfər ölüb, 125 nəfər yaralanıb.
Mənbə:> Qafqazinfo.az