Ərdoğanın Bakı səfəri ilə bağlı səfirlikdən açıqlama » AzNews.info -Xəbər portalı

Ərdoğanın Bakı səfəri ilə bağlı səfirlikdən açıqlama

Ərdoğanın Bakı səfəri ilə bağlı səfirlikdən açıqlama


Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın sabah Azərbaycana nəzərdə tutulan səfəri təxirə salınmayıb.

Türkiyənin ölkəmizdəki səfirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, səfərin təxirə salınması ilə bağlı rəsmi Ankaradan hələ ki, heç bir məlumat daxil olmayıb:

“Hələ ki, səfər planı gündəmdədir. Lakin son anda qərarın dəyişdiriləcəyi də istisna edilmir”.

Xatırladaq ki, prezident Ərdoğanın hələ fevralın 18-də Azərbaycana səfəri nəzərdə tutulmuşdu. Dövlət başçısının Gəncədə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirakı planlaşdırılsa da, paytaxt Ankarada bir gün öncə baş verən terror aktına görə, səfər təxirə düşmüşdü.

Bununla bağlı Ərdoğan prezident İlham Əliyevə zəng edərək məlumat vermişdi.

Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *