KİV: ABŞ terrorçu əş-Şişanini öldürdü » AzNews.info -Xəbər portalı

KİV: ABŞ terrorçu əş-Şişanini öldürdü

KİV: ABŞ terrorçu əş-Şişanini öldürdü


Terrorçu İŞİD qruplaşmasının liderlərindən biri Əbu Ömər əş-Şişaninin ABŞ-ın başçılıq etdiyi koalisiyanın aviazərbələri nəticəsində öldürüldüyü güman edilir.

Oxu.Az xəbər verir ki, bu barədə məmurlara istinadla Reuters məlumat yayıb.

Onların sözlərinə görə, terrorçu martın 4-də, Suriyanın Əl-Şəddadi şəhəri yaxınlığında hücuma məruz qalıb.

Qeyd edək ki, Ömər-Çeçen kimi də tanınan əş-Şişani İŞİD-in “müharibə naziri” hesab olunur.

KİV-də onun məhv edilməsi barədə dəfələrlə məlumatlar yer alsa da, hər dəfə təkzib olunub.

Məsələn, 2015-ci il dekabrın 18-də onun Amerika xüsusi təyinatlıları tərəfindən əsir götürüldüyü bildirilirdi. 2014-cü il noyabrın 13-də isə Çeçenistan prezidenti Ramzan Kadırov öz İnstagram səhifəsində terrorçunun öldüyünü bildirmişdi.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *