Avropa Rusiyaya qarşı sanksiyaları uzadır
Avropa İttifaqının Ukraynanın ərazi bütövlüyünün pozulmasında günahkar bildiyi Rusiya və Ukrayna vətəndaşlarına qarşı sanksiyalarının müddəti çümə axşamı müzakirəsiz uzadılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novsoti-yə Aİ-dəki mənbə bildirib. Məlumata görə, siyahıda 146 nəfər və 37 hüquqi şəxs var.
“Qərar rəsmi olaraq cümə günü təsdiqlənəcək, bu Daxili İşlər və Ədliyyə Məsələləri üzrə Şuranın “A” məsələlər siyahısına (müzakirəsiz qəbul edilən) daxil ediləcək. Üç nəfər siyahıdan çıxarılıb, belə ki, onlar artıq dünyasını dəyişib”, - adını çəkilməsini istəməyən Aİ-də olan diplomatik mənbə bildirib.
Onun məlumatına görə, sanksiyalar sentyabr ayının 15-nə qədər uzadılacaq.
O, həmçinin Aİ daimi nümaynədələrinin komitəsinin sanksiyaların çərşənbə günü səhər təsdiqləyəcəyini bildirib. Normativ sənəd artıq işçi qrup ilə razılaşdırılıb.
Digər Avropa mənbəyi məlumatı təsdiqləyib.
“Siyahıda qalacaq şəxslərin sayı 146-dır, eləcə də 37 hüquqi şəxs bu siyahıya daxildir. Tarix 15 sentyabrdır” – o bəyan edib. Onun sözlərinə görə, qərarın Aİ-nin rəsmi jurnalında dərc ediləcək tarixi hələ məlum deyil.
Mənbə:> Oxu.Az