Putin hərbi xərcləri azaldır
Rusiyanın 2016-cı ildə hərbi xərcləri beş faiz azalacaq.
Oxu.Az-ın verdiyi xəbərinə görə, bu barədə “Rusiya xəbər xidmətinə” müdafiə nazirinin müavini Tatyana Şevtsova xəbər verib.
Onun sözlərinə görə, prezident Vladimir Putin tərəfindən hərbi büdcənin azaldılmasın haqqında qərar qəbul olunub ki, dövlətin silahlanma proqrammı “ümumiyyətlə sekvestrə gəlmir”.
“Həmçinin qərar qəbul olunub ki, müdafiə nazirliyinin büdcəsi on deyil, beş faiz azaldılacaq”- deyə T.Şevtsova bildirib.
Fevralda Müdafiə nazirliyinin hərbi xərclərinin 2016-cı ildə on deyil, beş faiz azaldılacağı barədə xəbəri «Vedomosti» qəzeti yaymışdı.
Mənbə:> Oxu.Az