İlham Əliyev “Cənub Qaz Dəhlizi” ilə bağlı toplantıda
“Dəyirmi masa” keçiriləcək.
Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısı işə başlayıb.
Oxu.Az-ın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev toplantıda iştirak edir.
İclasda, həmçinin “Cənub Qaz Dəhlizi"nin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç, Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak, ABŞ Dövlət Departamentinin enerji ehtiyatları bürosunun xüsusi nümayəndəsi və əlaqələndiricisi Amos Hokşteyn, Böyük Britaniyanın enerji və iqlim dəyişikliyi departamentinin beynəlxalq enerji məsələləri şöbəsinin baş direktoru Edmund Hosker, İtaliya Nazirlər Şurasının dövlət katibi Klaudio De Vinçenti və digər şəxslər iştirak edirlər.
İclas çərçivəsində üç plenar sessiya və “dəyirmi masa” keçiriləcək.
Sonda Azərbaycanın energetika naziri Natiq Əliyev və Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç mətbuata bəyanatlarla çıxış edəcəklər.
Mənbə:> Oxu.Az