İlham Əliyev Şevçoviçlə görüşüb – FOTO
“Avropanın Xəzər qazı ilə təmin edilməsi üçün davamlı öhdəlikləri qiymətləndiririk”.
Azərbaycan Prezidenti İlham Əliyev Avropa Komissiyasının Enerji İttifaqı üzrə vitse-prezidenti Maroş Şevçoviçlə görüşüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə M. Şevçoviç özünün “Twitter” səhifəsində yazıb.
Görüşdə Cənub Qaz Dəhlizi layihəsi ilə bağlı müzakirələr aparıblar.
“Avropanın Xəzər qazı ilə təmin edilməsi üçün davamlı öhdəlikləri qiymətləndiririk”, - deyə M. Şevçoviç bildirib.
Qeyd edək ki, görüş Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının II toplantısı çərçivəsində baş tutub.
Mənbə:> Oxu.Az