Prezident: Azərbaycan özünü və qonşu ölkələri təbii qaz ilə təmin edəcək » AzNews.info -Xəbər portalı

Prezident: Azərbaycan özünü və qonşu ölkələri təbii qaz ilə təmin edəcək

Prezident: Azərbaycan özünü və qonşu ölkələri təbii qaz ilə təmin edəcək


Gürcüstana uğurlu səfərim gələcək dinamik əməkdaşlığımız üçün gözəl bir addımdır”.

AzNews.info-nun APA-ya istinadən məlumatına görə, bu barədə Gürcüstanda ikigünlük rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan arasında uğurlu əməkdaşlıq var:

“Biz çox istəyirik ki, iki dövlət arasında ticarət dövriyyəsi daha da artsın. Qarşılıqlı maraq kifayət qədər böyükdür. Azərbaycan Gürcüstana böyük miqdarda sərmayə qoyub. Gürcüstan sərmayə qoyuluşu üçün çox cazibədar ölkədir. Ölkədə çox gözəl sərmayə iqlimi yaradılıb. Biz bu gün enerji və nəqliyyat məsələlərinini geniş şəkildə müzakirə etdik və bir daha öz iradəmizi ortaya qoyduq ki, bu məsələlər və layihələr tezliklə öz həllini tapsın. Xüsusilə Cənub Qaz Dəhlizi, bu gün uğurla icra edilir. Bu dəhlizin, həm Gürcüstan, həm Azərbaycan üçün, həm də Avropa üçün böyük böyük iqtisadi və siyasi mənası var. Əminəm ki, 2018-ci ildə Türkiyəyə, 2020-ci ildə Avropaya böyük həcmdə Azərbaycan qazı çatdırılacaq”.

İ. Əliyev Cənub Qaz Dəhlizi layihəsinin böyük layihə olduğunu vurğulayıb:

“Bu dəhliz Avropanın ən böyük enerji layihəsidir. Cənub Qaz Dəhlizinin reallaşmasına ən azı 45 milyard dollar sərmayə qoyuluşu nəzərdə tutulur. Azərbaycanın çox zəngin və böyük qaz ehtiyatları var. Azərbaycanın qaz ehtiyatları 2,6 trilyon kub metr səviyyəsindədir. Bu o deməkdir ki, bundan sonra ən azı 100 il ərzində Azərbaycan həm özünü, həm qonşu ölkələri, həm də Avropa ölkələrini böyük həcmdə təbii qaz ilə təmin edə biləcək”.

Prezident İlham Əliyev çıxışında Gürcüstanla Azərbaycanın birgə fəaliyyətini və gələcəkdə bir mövqedən çıxış edəcəyini qeyd edib:

“Bu gün geniş tərkibdəki görüşdə mən məlumat verdim ki, Azərbaycanda tranzit yüklərlə koordinasiya şurası yaradılıb. Biz çox istəyirik ki, Gürcüstan və Azərbaycan yükdaşımalarda bir mövqedən çıxış etsin, biz vahid tarif siyasəti aparaq və ölkələrimizin ərazisindən keçən yüklərin həcmini artıra bilək”.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *