Amos Hokstayn: ABŞ Azərbaycanla güclü strateji tərəfdaşlığa başlayıb
Bu gün Azərbaycan prezidenti İlham Əliyevlə səmərəli görüş keçirdik, müxtəlif məsələləri müzakirə etdik. Görüşdə ABŞ və Azərbaycanın tərəfdaşlıq şəklində fəaliyyət göstərərək Azərbaycanın qaz ehtiyatlarının Avropaya çatdırılması istiqamətində fəaliyyəti müzakirə etdik.
AzNews.info-nun APA-ya istinadən məlumatına görə, bunu Bakıda səfərdə olan ABŞ Dövlət Departamentinin Beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstayn deyib.
Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji təhlükəsizliyinə təminat verən layihədir: “ABŞ Azərbaycanla güclü strateji tərəfdaşlığa başlayıb. Azərbaycanın dostu və strateji tərəfdaşı rolunu yerinə yetirərək bilavasitə sözügedən layihə üzrə əməkdaşlığı davam etdirəcəyik. Biz Azərbaycana gələcək layihələrdə də dəstək verəcəyik. Bu tərəfdaşlıq çox güclü tərəfdaşlıqdır”.
A. Hokstayn qeyd edib ki, ABŞ-ın Cənub Qaz Dəhlizi layihəsinə diplomatik və strateji dəstək verir: “Mən sizi ümidvar edə bilərəm ki, bəzi insanlar bu layihənin uğursuz olmasını görmək istəyirlər. Biz bu layihəyə yardımımızı davam etdirəcəyik və tam əminliklə onu sübuta yetirəcəyik ki, bu layihə açar və əsas olan layihədir”.
Mənbə:> APA