Rusiya təyyarələri Suriyada xəstəxananı bombaladı
9 dinc sakin ölüb.
Rusiya yenidən Suriyada dinc əhalini bombalayıb.
Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir.
Məlumata əsasən, Rusiyanın döyüş təyyarələrinin Hələb əyalətində yerləşən xəstəxananın bombalanması nəticəsində 9 dinc sakin ölüb, daha 23 nəfər yaralanıb.
Bildirilir ki, Rusiya təyyarələri fevralın 24-də günortadan sonra Türkiyənin Hatay əyalətinin Reyhanlı bölgəsindəki Cilvəgözü sərhəd məntəqəsindən 35 km aralı Suriyanın Hələb əyalətinin əl-Eterip qəsəbəsindəki sağlamlıq mərkəzini bombalayıb.
Sakinlər bombalanmış binanın altında qalan yaralı və ölüləri çıxarıb. Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.
Mənbə:> Oxu.Az