Rusiya hücuma keçdi: 14 ölü, 20 yaralı
Rusiya hava qüvvələri Suriyada müxalifətçilərin nəzarəti altında olan Sukuri, Hulok və Firdevs ərazilərini bombalayıb.
Axar.az xəbər verir ki, Rusiya ordusunun hücumundan sonra 14 nəfər ölüb, 20 nəfər yaralanıb. Hücum nəticəsində ərazidə bir çox tikili dağılıb.
Məlumata görə, daha çox uşaqların öldüyü 70 hücumdan sonra rejim qüvvələri Hilsa bölgəsində üstünlüyü ələ keçirib.
Buna cavab olaraq, müxalifətçilər hakimiyyət qüvvələrinin qərargahını yerlə-yeksan edib.
Mənbə:> Axar.az