Rusiya Suriyada bazar meydanını bombaladı
Rusiya ordusuna aid döyüş təyyarələrinin İdlibin Yerixo mahalında adamla dolu bazar meydanını bombalaması nəticəsində azı 40 nəfər ölüb, onlarla insan yaralanıb, Aljazeera xəbər verir.
Oxu.Az-ın inforesist.org-a istinadən verdiyi xəbərə görə, hava zərbələri səhər vaxtı İdlib şəhərindən 15 km cənubda yerləşən Erixa şəhərinə endirilib.
Bölgəyə böyük maddi ziyan dəyib, yaralılar xəstəxanalara yerləşdirilib.
Yerli xəbər kanalı Ariha al-Youm Rusiya ordusunun kasset bombalarını tətbiq etdiyini xəbər verib.
Aljazeera xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məmurları hadiisə ilə bağlı dərhal izahat verə bilməyiblər.
Mənbə:> Oxu.Az