Rusiya hücum etdi: 40 ölü
Rusiya döyüş təyyarələri Suriyanın İdlib vilayətində əməliyyat keçirib.
Axar.az xəbər verir ki, yaşayış məntəqələrində aparılan əməliyyat nəticəsində 40 mülki vətəndaş həlak olub, 70 nəfər isə yaralanıb.
Sakinlərin verdiyi məlumata görə, əməliyyat Əriha qəsəbəsini nəzarətdə saxlayan müxaliflərə qarşı keçirilib.
Dağıntılar çox olduğundan ölənlərin sayının artacağı istisna olunmur.
Mənbə:> Axar.az