Myanmada torpaq sürüşməsi nəticəsində 90 nəfər ölüb
Myanmanın şimalında Kaçin ştatında baş verən torpaq sürüşməsi nəticəsində azı 90 nəfər ölüb, 100-dən çox insan itkin düşmüş hesab edilir.
Oxu.Az-ın Reuters-ə istinadən məlumatına görə, hadisə Xpakan şəhəri yaxınlığında nefrit mədənlərinə yaxın ərazidə baş verib.
Ölənlərin əksəriyyətinin yarı qiymətli daşların axtarışı ilə məşğul olan kasıb insanların olduğu bildirilir.
Torpaq sürüşməsi nəticəsində mədəndə çalışan fəhlələrin yaşadığı 70-dən çox ev torpaq altında qalıb.
Qeyd olunur ki, onlarla fəhlən dağıntılar altında qalıb.
Ölənlərin sayının artacağı istisna olunmur.
Mənbə:> Oxu.Az