Torpaq sürüşməsi kütləvi ölümlə nəticələndi
Burundidə aramsız yağan yağışların səbəb olduğu daşqınlar və torpaq sürüşməsi 10 nəfərin həyatına son qoyub.
ANS PRESS-in məlumatına görə, sürüşmə zamanı çoxlu sayda insanın torpağın altında qaldığı ehtimal edilir.
Hadisə yerinə xilasedici dəstələr göndərilib. Sürüşmə nəticəsində onlarla evə ziyan dəyib.
Bəzi evlər tamamilə yararsız hala düşüb. Azı 3 min nəfərin evsiz qaldığı bildirilir.
Mənbə:> ANSPRESS