Rusiyadan növbəti qanlı hücum: 42 ölü
Rusiya qırıcılarının Suriyanın Lazkiyə şəhərində həyata keçirdiyi əməliyyatlar nəticəsində 42 mülki vətəndaş həlak olub.
Axar.az xəbər verir ki, müxalifətin nəzarətində olan Bişurfa qəsəbəsi bombardman edilib. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.
Məlumata görə, rus qırıcıları ikinci hücumu həyata keçirib və yaralılara yardım edən şəxsləri də hədəf alıb.
Mənbə:> Axar.az