Türkiyə Rusiyanı kütləvi qırğında ittiham etdi
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, Rusiyanın Suriyada keçirdiyi hərbi əməliyyatlar zamanı 600 dinc sakin ölüb.
Oxu.Az Anadolu agentliyinə istinadən xəbər verir ki, onun sözlərinə görə, onlardan 200 ötən avizaərbələrin qurbanı olub.
“Ötən bazar Rusiya tərəfindən İdlib vilayətinə endirilən aviazərbələr zamanı 200 dinc sakin ölüb”, - Çavuşoğlu qeyd edib.
Türkiyə XİN rəhbəri bildirib ki, Rusiya bombardmançıları 90% dinc sakinlərinin yaşadığı ərazilərə hücum edirlər.
Onun sözlərinə görə, bu hücumlar zamanı150-si uşaq olmaqla ümumilikdə 600 dinc sakin ölüb.
Mənbə:> Oxu.Az